AZ

Ətraf mühitin çirklənməsindən yaranan xəstəliklər çox təhlükəlidir - Əhliman Əmiraslanov

Bakı. Trend:

Ətraf mühitin çirklənməsindən yaranan xəstəliklər uşaqlar vəyaşlılar üçün çox təhlükəlidir.

Trend xəbərverir ki, bu sözləri bu gün TÜRKPA üzv parlamentlərinin Səhiyyəkomitələri sədrlərinin ikinci iclası zamanı çıxış edən MilliMəclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və TəbiiEhtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, akademikƏhliman Əmiraslanov deyib.

O bildirib ki, bu gün səhiyyə sistemi ənənəvi problemlərləyanaşı iqlim dəyişikliyi ilə bağlı yaranan problemlərdən də əziyyətçəkir.

"Karbon dioksidin azaldılması, yaşıl texnologiyaların inkişafıbu yolda görülən əsas işlərdəndi. Digər ölkələr kimi Azərbaycan daiqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılmasındaxüsusi işlər görür.

Vətəndaşlarımızın sağlamlığı üçün bu məsələlərə ciddiyanaşmalıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin ParlamentAssambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələrisədrlərinin ikinci iclası keçirilir.

Məqalədə:
Seçilən
17
14
az.trend.az

10Mənbələr