AZ

Azərbaycan millisinin sabiq hücumçusu II Liqa klubunda

Azərbaycan milli komandasının sabiq futbolçusu Amil Yunanov II Liqada mübarizə aparan “Şəfa” klubu ilə müqavilə bağlayıb.

Teleqraf.cəm klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 1,5 illik sözləşməyə imza atıb. 32 yaşlı hücumçu mövsümün əvvəlində çıxış etdiyi Albaniyanın “Bilis” klubundan azad agent kimi transfer olunub.

Qeyd edək ki, 2024/2025 mövsümünün sentyabrında “Bilis”də cəmi 1 oyuna çıxan Amil Yunanov ayyarım sonra geri qayıtmışdı. “Turan Tovuz”un yetirməsi karyerası boyunca “Kəpəz”, “Səbail”, “Şamaxı”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Rəvan”da çıxış edib. O, Azərbaycan Premyer Liqasının bombardiri olub.


Müəllif: Teleqraf.com
Seçilən
13
teleqraf.com

1Mənbələr