Bakı. Trend:
Azərbaycan, İran və Rusiyanın elektrik əlaqəsinin birləşməsindərola sahib olmaqla regionda güclü elektrik şəbəkəsi yaranabilər.
Trend-inməlumatına görə, bunu İranın energetika naziri Abbas Əliabadi 21yanvarda Tehranda Azərbaycanın Baş nazirinin müavini ŞahinMustafayevlə görüşdə deyib.
Onun sözlərinə görə, Rusiya və İran tərəfləri elektrik enerjisiəlaqəsinin yaradılmasına hazır olduqlarını bildirirlər. Azərbaycanda bu əlaqənin qurulmasında əsas halqa kimi rola sahib olabilər.
İranlı nazir deyib ki, İran və Azərbaycan arasında elektrikmübadiləsi üzrə infrastrukturların inkişaf etdirilməsi diqqətmərkəzində dura bilər. Bu istiqamətdə İran Azərbaycandan elektrikidxal edə və əvəzində Naxçıvana elektrik təhvil verməyəhazırdır.
Əliabadi qeyd edib ki, İran və Azərbaycan arasında Araz çayıüzərində Qız Qalası hidroqovşağının istifadəyə verilməsini nəzərəalaraq Qız Qalası Su Elektrik Stansiyasının təkmilləşdirilməsiprosesinin sürətləndirilməsi diqqət mərkəzində dura bilər.
“İranın Energetika Nazirliyi ölkənin Ətraf Mühit Təşkilatı iləkoordinasiya edərək Azərbaycanın Energetika Nazirliyi iləəməkdaşlıq etməklə Ordubad və Marazad su bəndlərinin tikilməsi vəistismara verilməsi üzrə ətraf mühitlə əlaqədar tədqiqatlaraparmağa hazırdır”, - deyə o qeyd edib.
Görüşdə Azərbaycan Baş nazirinin müavini şahin Mustafayev dəbildirib ki, İran, Azərbaycan və Rusiya arasında elektriklayihəsinin tam və dəqiq şəkildə icra olunması üçün texniki vəmühəndislik tədqiqatları aparılmalıdır. Üç ölkənin əməkdaşlığı iləən qısa mümkün zamanda bununla bağlı nəticənin əldə olunacağınaümid edilir.
Qeyd edək ki, Tehranda İran və Azərbaycanın Birgə İqtisadiKomissiyasının 2 günlük 16-cı iclası 21 yanvarda başlayıb.