"2024-cü ildə Azərbaycan Mərkəzi Bankının monetar sahədə hədəflərindən biri də unikal əmanətçilərin sayını artırmaq idi. Mərkəzi Bank bu hədəfinə də nail olub. Belə ki, ötən il unikal əmanətçilərin sayı 40 faizdən çox artaraq 150 mini keçib".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, banklar depozit sahəsində aktiv rəqabət aparmağa başlayıblar:
"2023-cü ilin sonunda unikal əmanətçilərin sayı təxminən 106 min olub. 2024-cü ilin nəticələrinə əsasən, il ərzində unikal əmanətçilərin sayı 43 min 600 artıb və 150 mini keçib. Bu əmanətçilərin 77 faizi əmanət məbləği 30 minədək olan əmanətçilərdir".