AZ

İşbazlar "Temu" və "Trendyol"dakı boşluqdan necə istifadə edirlər? - ARAŞDIRMA

Vətəndaşların "Temu" və "Trendyol" platformalarında endirimlərdən istifadə etmək məqsədilə bir neçə telefon nömrəsi ilə qeydiyyatdan keçmələri halları artır.

Son illərdə onlayn ticarət platformaları arasında daha çox tanınan "Temu" və "Trendyol" kimi şirkətlər istifadəçilərə müxtəlif promosyonlar və endirimlər təqdim etməklə cəlbedici təkliflər yaradır. Bu cür endirimlər, xüsusilə yeni istifadəçilər üçün olduqca maraqlıdır və bir çox insanlar bu fürsətləri dəyərləndirmək istəyir. Lakin, bəzi şəxslər bu fürsətlərdən sui-istifadə edərək, bir neçə nömrə ilə qeydiyyatdan keçib müntəzəm olaraq endirimlərdən yararlanmağa çalışır.

Bu, dələduzluğun yayılmasına və müştəri məlumatlarının sızmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Operativ Media”ya açıqlama verib.

O bildirib ki, bu məsələ elektron kommersiyada boşluq kimi qəbul edilir: "Yeni gələn istifadəçilərə endirim etmək, bütün dünyada müştəriləri cəlb etmək üçün istifadə olunur. Qeydiyyatdan keçən yeni nömrəyə sifariş verərkən müxtəlif endirimlər və digər təkliflər təqdim olunur. Azərbaycan vətəndaşı da bunu fürsət bilib, bu boşluqdan yararlanmaq üçün bu üsula əl atır. Əslində, qanuni olaraq heç bir problemli məsələ yoxdur. Məsələ ondadır ki, həmin elektron kommersiya platformalarında elektron qeydiyyat məsələsi düzgün şəkildə həyata keçirilməlidir.

Bu addımla dələduzluq hallarının qarşısını almaq olar. Həmin şəxs, əslində yeni müştəri kimi qeydiyyatdan keçir, burada prosedurda heç bir problemli məsələ yoxdur. Amma çox güman ki,  yaxın zamanlarda, bu platformalar məsələlərin qarşısını alacaq. Çünki bu artıq onlara ziyan vurur. Lakin, hər bir platformanın məqsədi öz satışını artırmaqdır. Belə bir yolla da olsa, bu platformalar satışlarını artırmış olur.

“Bu hallar istifadəçilərin şəxsi məlumatlarının təhlükə altına alınması və ya müştəri məlumatlarının sızması riski yarada bilər?” sualına gəldikdə isə, deyə bilərik ki, istifadəçinin məlumatlarının qorunması istənilən halda, həmin məlumatları götürən təşkilat tərəfindən saxlanılmalıdır.

Bu barədə Azərbaycanın qanunvericiliyində də bu məsələyə toxunulmuşdur. Amma təəssüflər olsun ki, hələ tam olaraq istifadə edilmir. Lakin əslində bu məsələyə ciddi nəzarət edilməlidir. Şirkət bu məsələyə ciddi nəzarət etməlidir.

Təkcə belə bir platforma yox, kiçik bir mağaza belə vətəndaşın məlumatını götürürsə, həmin mağaza bu məlumatlara cavabdehdir. Amma başa düşürük ki, reallıqda bu çox çətin bir məsələdir. Çünki il boyu qlobal müşahidə zamanı bir çox insanların şəxsi məlumatları başqa bir şəxs tərəfindən oğurlanır. Bunun üçün isə, bu platformalarda xüsusi tələblər olmalıdır. Bu tələblər isə kommersiya strukturlarının tam qətiyyətlə bu qaydalara riayət etməlidir. Bu qaydalar tam şəkildə qorunsa, təhlükəsizlik daha yaxşı olar".

Seçilən
12
35
operativmedia.az

10Mənbələr