Azərbaycan Milli Hərəkatının fəalı Bəhmən Nurməhəmmədi Nadarlı telefon zəngi ilə Tehran Kəşfiyyat İdarəsinə çağırıldığını bildirib.
O, sosial media hesabında yerləşdirdiyi paylaşımda bu hərəkəti qanunsuz adlandırıb və Kəşfiyyat Bürosuna gəlməkdən imtina edəcəyini bildirib.
Azərbaycanlı fəal telefon çağırışının hüquqi əsası olmadığını və onun vətəndaş hüquqlarını pozduğunu vurğulayıb.
İran rejiminin qanunlarına görə, telefon çağırışlarının heç bir hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 170-ci maddəsinə görə, çağırış vərəqəsi yazılı şəkildə verilməlidir. Həmçinin, 175-ci maddənin qeydinə əsasən, hər hansı elektron bildiriş Səna sistemi vasitəsilə edilməlidir. Belə çağırışlar telefon çağırışı icra edilə bilməz və qanunsuzdur.
visiontv.az