AZ

Tramp ABŞ-nin süni intellekt infrastrukturuna bu qədər sərmayə qoyacaq

ABŞ prezidenti Donald Tramp özəl sektorun süni intellekt infrastrukturuna 500 milyard dollar sərmayə qoyacağını açıqlayıb.Missiya.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Tramp “OpenAI” şirkətinin rəhbəri Sem Altmanın, “SoftBank”ın baş direktoru Masayoşi Sonun və “Oracle”ın sədri Larri Ellisonun iştirakı ilə mövzu ilə bağlı mətbuat konfransı keçirib.

Tramp sərmayəni “tarixdəki ən böyük süni intellekt infrastruktur layihəsi” olaraq xarakterizə edib və 100 mindən çox amerikalı üçün iş yerinin yaradılacağının gözlənildiyini qeyd edib.

ABŞ lideri layihənin reallaşmasına yardımçı olacaqlarını ifadə edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
11
3
missiya.az

3Mənbələr