AZ

Nuri Şahin istefaya göndərildi

Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Nuri Şahin ilə yollarını ayırıb.

“Cebheinfo.az” xəbər verir ki, alman təmsilçisi ötən gün Çempionlar Liqasında İtaliyanın “Bolonya” klubuna 2-1 məğlub olub.

“Borussiya Dortmund” Çempionlar Liqasında 13-cü sıraya qədər geriləyib. Bu isə azarkeşlərin sərt tənqidinə gətirib çıxarıb. Qeyd edək ki, alman nəhəngi son 8 rəsmi matçda sadəcə 1 dəfə qələbə qazanıb. Klubun son zamanlarda aldığı pis nəticələrin ardından Nuri Şahin istefaya göndərilib.

Seçilən
21
cebheinfo.az

1Mənbələr