AZ

Ermənistandakı revanşist Qarabağ klanı iqtidara can atır

Dünən eks-prezident Serj Sərkisyana bağlı deputat Anna Mkrtchyanın Ermənistan parlamentində keçmiş Dağlıq Qarabağ və Azərbaycanın bəlli 7 rayonunun Ermənistana birləşdirilmiş xəritəsini nümayiş etdirməsi barədə yazmışdım. Yəni bu fərasətli xanım Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin dördə birini Ermənistana "birləşdirmişdi"...

Bəllidir ki, Ermənistandakı Qarabağ klanı iqtidara can atır. Onlar revanşist mövqedən çıxış edirlər. Sirr deyil ki, Rusiya revanşistlərə açıq şəkildə dəstək verir. Vladimir Putinin Köçəryana və Sərkisyana ünvanlandığı təbriklər yaddan çıxmayıb ki...

Bu fakt bir daha onu deməyə əsas verir ki, Ermənistanın konstitusiyası mütləq və mütləq dəyişməlidir. Dəyişməsə, revanşistlər iqtidara gələn kimi Azərbaycana qarşı ərazi iddialarına rəvac veriləcək. Bu, iki üstə iki gəl kimi bir şeydir...

Azərbaycan iqtidarı bu faktdan Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyini əsaslandırmaq üçün istifadə etməlidir. Təqdim etdiyim foto bu zürriyyəti açıq şəkildə ortaya qoyur. Bu faktdan ağıllı şəkildə istifadə etmək və ən mötəbər kürsülərdən bu haqda danışmaq lazımdır...

Elbəyi Həsənli

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr