Güney Azərbaycanın Ərdəbil şəhərindən olan vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi 5 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülüb.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Fəqihi, 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin "etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.
O, bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq oktyabrın 25-də sərbəst buraxılmışdı.
Məhəmmədrza Fəqihinin həbs cəzası ilə yanaşı, həbsdən çıxdıqdan sonra 2 il müddətinə vəkillik fəaliyyətinə, ölkədən çıxışına, siyasi təşkilat və qruplara üzv olmasına qadağa qoyulub.
Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.
visiontv.az