AZ

Türkiyədə gecə klubuna hücum edən özbəkistanlıya ömürlük həbs cəzası verildi

Bakı. Trend:

Türkiyənin ali məhkəməsi 2017-ci ildə İstanbulun gecə klubundaqanlı terror aktı törətmiş şəxsi – Özbəkistan vətəndaşı ƏbdülqadirMaşaripovu 40 dəfə ömürlük həbs müddətinə məhkum edib.

Trend xəbər verirki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, 1 yanvar 2017-ci ildə “Reina” əyləncə mərkəzindətörədilən terror hücumunda 39 nəfər həyatını itirmişdi. Terrorçuəvvəl klubun girişində duran polis zabitini qətlə yetirmiş, dahasonra isə avtomatdan izdihama atəş açmağa başlamışdı.

Müttəhimə irəli sürülmüş ittihamlar üzrə ümumilikdə 368 il həbscəzası kəsilib.

Bundan başqa, ali məhkəmə terrorla əlaqədar həbs olunmuş başqa31 nəfərin də öncəki həbs qərarlarının qanuni olduğunu təsdiqləyib.Terror aktına görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinəgötürmüşdü.

Məqalədə:
Seçilən
8
1
az.trend.az

1Mənbələr