AZ

Yusif Karidən müvəqqəti azadlığa buraxılması üçün zamin tələb oluna bilər

Ərdəbil Şəhər Xalq və İnqilab Prokurorluğunun 10-cu İstintaq Şöbəsinin İdarəsi son günlər dəfələrlə cənab Vədud Səadətiyə zəng edərək ona xəbərdarlıq edib ki, əgər Yusif Kari məhkəmə iclasına (dindirilməyə) gəlməsə, ondan müvəqqəti azadlığa buraxılması üçün zamin tələb olunacaq.

Yusif Kari və Tohid Əmiramini bundan öncə 2 il və 5 il müddətinə həbs cəzası almış, Ərdəbil və Evin həbsxanalarında həbsdə saxlanılmışdılar.

Onlar yeni məhkəmə prosesini ədalətsiz və qanunsuz hesab edərək, Kəşfiyyat İdarəsinin birbaşa göstərişi ilə qurulan şou prosesində iştirak etməyəcəklərini bildiriblər.

Bundan sonra Ərdəbil Şəhər Xalq və İnqilab Prokurorluğunun Onuncu Şöbəsi Cinayət Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinad edərək, məhkəməyə gəlməməsi səbəbindən cənab Yusif Kariyə təzyiq göstərməyə başlayıb.

Qeyd edək ki, Yusif Kari ötən ilin oktyabrında, Ərdəbildə İmam yol ayrıcında döyülərək həbs edilmiş, 23 gün saxlanıldıqdan sonra 300 milyon tümənlik girov qarşılığında müvəqqəti azad edilmişdi.

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr