Bosniyanın paytaxtı Sarayevoda hava çirkliliyinin artması səbəbindən yollarda görmə məsafəsi azalıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bosniya Federasiyasının Hidrometeorologiya İnstitutu paytaxtla yanaşı ölkənin bir çox şəhərində hökm sürən hava çirkliliyinin bir müddət də davam edəcəyini açıqlayıb.
Səlahiyyətlilər havadan qaynalı yollarda görüş məsafəsinin azaldığına görə sürücüləri diqqətli olmağa çağırıb.
Qeyd edək ki, hava keyfiyyəti texnologiyası şirkəti \"IQAir”-ə görə, paytaxt Sarayevo havasının ən çirkli olduğu 10 şəhər arasında birinci yerdədir.
Cəmalə