AZ

Markın heyrətamiz çevrilişi: Trampın belələrini "sındırması" yaxşı haldır

Dünənə kimi qatı Baydençi olan, bu gün isə birdən-birdən dönüb Tramp heyranına çevrilən "Meta" şirkətinin sahibi Mark Zukerberqin heyrətamiz çevrilməsi (Kafkasayağı "metamorfoz"u) həqiqətən də ikrah hissi doğurur.

Bu adam məhz Baydenin xoşuna gəlmək üçün həm Trampın sosial şəbəkə hesablarını bloklamış, həm də son illərdə bütün dünyada Fb istifadəçilərinə çoxlu məhdudiyyətlər tətbiq etmişdi.

Biz azərbaycanlıların bir çox paylaşımları isə məhz Zukerberqin erməni adminləri tərəfindən "icma qaydalarına zidd", "zorakılığı və nifrəti təbliğ edən" paylaşımlar kimi silinirdi.

İndi isə maskasını atıb, qılafını dəyişib, dönüb oldu "əsl söz azadlığı aşiqi"...

Trampın belələrini "sındırması" yaxşı haldır.

P.S.

Yeri gəlmişkən, Tramp prezident seçilən kimi Zukerberq onun sosial media hesablarını dərhal blokdan çıxartdı və üstəgəl Trampla söhbətində onu inandırmağa çalışdı ki, sən demə, bu qadağaları, bu məhdudiyyətləri tətbiq etmək əmrini də ona məhz Bayden administrasiyası veribmiş. O özü isə, guya, bunu istəmirmiş.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr