AZ

''Fənər''in yeni transferinin İstanbula gəlişi niyə gecikib?

''Fənərbaxça''nın ''Ayntraxt''ın futbolçusu Tutanı transfer edə bilmədikdən sonra diqqətini ''Aston Villa''lı Dieqo Karlosa yönəltdiyini xəbər vermişdik.

''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi həm braziliyalı müdafiəçinin özü, həm də klubu ilə anlaşmışdı. Bu arada 31 yaşlı futbolçu çərşənbə axşamına keçən gecə saat 01.30 radələrində İstanbulda olmalı idi. Dieqo Karlosu və menecerini Türkiyəyə gətirməli olan özəl təyyarə Londondakı Luton hava limanında onları bir xeyli gözləməli olub. Amma bu ikili gəlib çıxmayınca, təyyarənin İstanbula uçuşu təxirə salınıb.

Türkiyə mətbuatının yazdığına inansaq, uçuşun təxirə salınmasının səbəbi son anda ''Vulverhempton''un araya girməsidi. Vitor Pereyramın çalışdırdığı bu klub ''Aston Villa''ya nəğd 10 milyon funt sterlinqlik təklif irəli sürüb. Bu da 12 milyon avro deməkdi. ''Fənər'' isə bu keçidi 11 milyon avroya bitirmək istəyir. Üstəlik bu məbləğ qarşı tərəfə 4 hissəyə bölünərək ödəniləcək. Hərçənd ən son xəbərlərdə ''Vulverhempton'' ilə ''Aston Villa'' arasında anlaşma əldə olunmadığı və Dieqo Karlosun çərşənbə axşamı təxminən Bakı vaxtı ilə 20.30-da İstanbulda olacağı deyilir.

Braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq və ''Fənərbaxça'' tarixinin ən bahalı müdafiəçisinə çevriləcək.

ƏLİ

Seçilən
18
football-plus.az

1Mənbələr