Bakı. Trend:
İqlim böhranı bütün dünyanı olduğu kimi, biz Şimali Kipr TürkRespublikasına da çox dərindən təsir edən və gələcək illərdə dətəsir edəcəyini çox aydın bildiyimiz bir problemdir.
Trend xəbər verir ki, bunu bugün ŞKTR Məclisinin İnzibati, ictimai və səhiyyə məsələlərikomitəsinin sədr müavini Filiz Besim TURKPA üzv parlamentlərininSəhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı deyib.
O bilririb ki, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinəmüdaxilə həlledici əhəmiyyət daşıyır.
"Bu müdaxilələr siyasətin hazırlanması, tənzimləyici aspektlərinyaradılması və tətbiq mexanizmlərini əhatə edir. İqlimdəyişikliyinin sağlamlıq üzərində birbaşa təsirləri var. Biz ŞimaliKipr Respublikasında artıq əvvəllər yaşamadığımız sellər,fırtınalar və bir çox digər təbii hadisələri yaşamağa başlamışıq.İfrat istinin sağlamlığa təsirlərini də çox yaxşı bilirik", - deyəo əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin ParlamentAssambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələrisədrlərinin ikinci iclası keçirilir.