AZ

Tanzaniyada Marburq virusunun yayıldığı açıqlanıb

Tanzaniya dövlət başçısı Samia Suluhu Həsən Kagera bölgəsində Marburq virusunun (MVD) yayıldığını açıqlayıb.

Virus müalicə olunmazsa ölümlə nəticələnə bilər.

Məlumata görə,ilk yoluxma Kagera bölgəsində qeydə alınıb.

Tanzaniya hökuməti epidemiyanı nəzarət altına almaq üçün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı isə Tanzaniya hökumətini dəstəkləyəcəyini və epidemiyanın qarşısını almaq üçün mübarizə aparacaqlarını açıqlayıb.

Marburq virusu əsasən yarasalardan insanlara keçir. Virusun simptomları arasında qızdırma, baş ağrısı və ishal yer alır.

Bu, 2023-cü ildən bəri Kagera bölgəsində qeydə alınan ikinci epidemiyadır.



Seçilən
14
trt.net.tr

1Mənbələr