Yanvarın 24-də Yer kürəsində maqnit qasırğası gözlənilir.
AzPost bildirir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası (İKI RAS və ISTP SB RAS) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, alimlərin bir gün əvvəl qeydə aldığı günəş partlayışından sonra Yer kürəsində maqnit qasırğası gözlənilir.
“Plazma buluduna maddə əlavə edən kiçik bir qabarıqlıq atıldı. Sürət aşağı olduğundan şərti olaraq cümə günü qasırğa hiss olunacaq”, – nəşr olunan hesabatda deyilir.