AZ

“Azexport” Türkiyə, Rusiya və Özbəkistanınplatformalarına inteqrasiya edilib

2024-cü ildə Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“2024-cü ildə“Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.

V.Qasımlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə bağlı da məlumat verib.

Qeyd edib ki, 2024-cü ildə hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.


Müəllif: Mirvari Əzizova
Seçilən
12
teleqraf.com

1Mənbələr