AZ

Hafiz Səfixanov: "Konstitusiya və Suverenlik ili” ölkənin inkişafına yeni töhfələr verəcək

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı QHT.az-a açıqlama verib. Səfixanov bildirib ki, bu il iki əlamətdar hadisə baş verir: Konstitusiyanın qəbulunun 30 illiyi və Azərbaycanın suverenliyinin 5 illiyi.

“Konstitusiya və Suverenlik ili”nin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Səfixanov, qeyd edib ki, Konstitusiya yalnız hüquq və azadlıqların təmin edilməsini deyil, həm də ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edir:

"“Konstitusiya və Suverenlik ili”nin elan edilməsi ilə bağlı fikirlərimiz odur ki, bu il konstitusiyanın qəbul olunmasının 30 illiyi və suvenliyin 5 illiyi qeyd olunur. Bunlar hər ikisi əlamətdar hadisələrdir. Konstitusiya ölkə həyatının bütün sahələrini o cümlədən də bizim məşğul olduğumuz sahəni əhatə edən ən əsas qanunlar toplusudur. Konstitusiyada Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqları əks olunub, ölkə həyatının inkişaf istiqamətlərinə dair müddəalar verilib".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
2
qht.az

10Mənbələr