AZ

Suriya Tartus limanını Rusiyanın əlindən aldı

Suriyanın yeni hakimiyyət orqanları Bəşər Əsəd rejimi vaxtında Rusiya ilə bağlanmış Tartus limanının 49 illik icarə müqaviləsini ləğv edib. Bu faktiki olaraq Rusiya donanmasının Aralıq dənizinin şərqində uzunmüddətli mövcudluğunun sonu demək ola bilər.

“Tartus gömrük idarəsinin direktorunun sözlərinə görə, Tartus limanına sərmayə qoymaq üçün Rusiya şirkəti ilə imzalanmış müqavilə ləğv edilib və ondan əldə edilən bütün gəlirlər indi Suriya dövlətinə gedir”, deyə “Levant24” adlı yerli xəbər agentliyi yazır.

Bundan əvvəl, 2024-cü ilin dekabrında “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşması Əsədi devirərək, rus qoşunlarını Tartus və Xmeymimdəki bazalara geri çəkilməyə məcbur etmişdi. Bu hadisələrdən sonra Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dəniz bazasının gələcəyi sual altında idi.

Yanvarın əvvəlindən Rusiyanın “Sparta” və “Sparta II” hərbi gəmiləri sahildən kənarda əmr gözləyir, hərbi texnika isə Tartus estakadasında saxlanılır. Ukrayna kəşfiyyatının məlumatına görə, Suriyanın yeni hakimiyyət orqanları Rusiyaya silahları, o cümlədən S-400 zenit sistemlərini aparmağa icazə verməyib.

Çərşənbə axşamı “II Sparta” gəmisi limana daxil olub və Rusiyaya tabe yük anbarlarının yaxınlığında dayanıb. “Maritime Executive” nəşri qeyd edir ki, peyk şəkilləri tezliklə avadanlığın çıxarılması üçün yüklənməyə başlayıb-başlanmadığını təsdiq etməlidir. Yükün Rusiyaya, yoxsa Aralıq dənizinin başqa bir nöqtəsinə göndəriləcəyi hələlik bəlli deyil.

Ülviyyə, Hurriyyet.az

Seçilən
50
50
hurriyyet.az

10Mənbələr