ABŞ-ın qərbindəki Kaliforniya ştatında meşə yanğınları davam edərkən il boyu nisbətən yüksək temperaturun qeydə alındığı Florida, Luiziana və Texas kimi şərq ştatları görünməmiş qar fırtınasına təslim olub.
Editor.az xəbər verir ki, meteoroloqlar bəzi bölgələrdə qar qalınlığının rekord həddə çatdığını bildirib. Mütəxəssislər ABŞ-ın şərq sahillərinə təsir edən qar fırtınasının “2025 Körfəz Qar Fırtınası” kimi tarixə düşəcəyini bildiriblər. Florida qubernatoru Ron DeSantis ştatın şimal hissəsində fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb və amerikalıları çətin hava şəraitinə qarşı xəbərdar edib.
Florida qubernatoru Ron DeSantis əyalətdə qar fırtınalarının nadir olduğuna diqqət çəkərək “İnansanız da, inanmasanız da, Florida əyalətində qar təmizləmə qruplarını səfərbər edirik”,-deyib. Floridanın şimalında qar yağışı başlasa da, yüksək temperaturun yaşandığı Mayami şəhəri də daxil olmaqla Floridanın cənubunda qar olduqca nadir bir hava hadisəsidir. Sonuncu qar 1977-ci il yanvarın 19-da qeydə alınıb.
Qeyd edək ki, dünəndən etibarən qar qalınlığının 25 sm-ə çatdığı Yeni Orleanda sonuncu qar təxminən 10 il əvvəl görülüb.
//Gülnarə Abasova, Editor.az