AZ

Gündəlik kreditləșmənin artımı Mərkəzi Bankın marağında deyil - Taleh Kazımov

Bakı. Trend:

Gündəlik kreditlərin artımı Mərkəzi Bankın strateji sektoruninkişafı nöqteyi-nəzərdən maraqlı deyil.

Trend xəbər verir ki, bunu bugün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faizdəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransındadeyib.

"Biz bank olmayan kredit təşkilatları (BOKT), ümumiyyətlə,mikromaliyyələşdirilmə sahəsində bu il kifayət qədər çox yeniliklərgətirəcəyik. BOKT-larla bağlı qaydalara etdiyimiz dəyişikliklərhesab edirik ki, sektorun inkişafına dəstək olacaq.

Gündəlik kreditlərin inkişafı, onların sürətlə artırılmasıMərkəzi Bankın marağında deyil. Çünki həm maliyyə institutu, həm dəistehlakçı kifayət qədər riskləri ilə üzləşə bilər. Ona görə də bizorada daha çox risk olduğu üçün biz həmin sahələrə ehtiyatlartələblərini artırmışıq. Gündəlik kreditlərin artımı Mərkəzi Bankınstrateji sektorun inkişafı nöqteyi-nəzərdən maraqlı deyil", - sədrbildirib.

Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr