“Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əğər uğrunda ölən varsa, Vətəndır”.
Bəli, bu məşhur şeirdə də deyildiyi kimi, bayraq üzərindəki şəhid qanı ilə ucalır və dövlətin 3 rəmzindən birinə çevrilir. Uçalan bayraq bir daha enməsin deyə uğrunda savaşlar, müharibələr çıxır, minlərlə, onminlərlə insan həlak olur. Yəni bayrağın hər bir xalqın həyatında önəmi bu qədər böyükdür.
Çox təəssüf ki, Azərbaycanda bəzən bayrağımıza qarşı hörmətsizliyin şahidi oluruq. Ən üzücüsü isə odur ki, bu hörmətsizlik əksər hallarda rəsmi qurumlar, yaxud rəsmi şəxslər tərəfindən edilir. Elə, bu gün paytaxtın qərb girişində - Bayraq Meydanında ucaldılan ölkənin ən böyük bayrağının yarasız halda olması da dövlət rəmzimizə sayğısızlığın bariz nümunəsidir.
Əlbəttə, Bakının “küləklər şəhəri” olduğunu nəzərə alsaq, burada bayraqların yararsız hala düşməsi anlaşılandır. Hər halda, bayrağın materialı parçadır və zamanla güclü külək qarşısında cırılma ehtimalı var. Amma son 2-3 gün ərzində Bakıda güclü külək əsmədiyi üçün Bayraq Meydanındakı bayrağımızın günlərdir yararsız vəziyyətdə dalğalanması heç cür qəbulolunan deyil. Unutmaq lazım deyil ki, paytaxtın girişində dalğalanan bu bayrağın qarşısından hər gün minlərlə, onminlərlə insan keçir. Bu mənzərə isə, ölkə vətəndaşları ilə yanaşı, Bakının qonağı olan əcnəb şəxslər üçün heç də yaxşı təəssürat yaratmır.
Hurriyyet.az