Hüquq müdafiəçisi yaxın günlərdə əfv sərəncamı ilə bağlı iclasların başa biləcəyini deyir, Əfv Komissiyasının üzvləri isə bunu təsdiq etmir.
Belə ki, hüquq müdafiəçisi Novella CƏfəroğlu anews.az-a açıqlamasında bildirib ki, iclasların başlanması ilə bağlı informasiya eşidiblər.
"Eşitmişik ki, əfv komissiyası bu yaxınlarda yığışacaq. Daha dəqiq məlumatlı deyilik", - o bildirib.
Əfv Komissiaysının üzvü "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu faktı təsdiq etməyib.
"İclasların başlanması ilə bağlı bizdə məlumat yoxdur. Əgər belə bir qərar verilərsə məlumatlı olardıq", - Nuriyev əlavə edib.
Əfv Komissiyasının digər üzvü deputat Zahid Oruc da bu xəbəri təsdiq etməyib.
"Bu məlumatlardan hardan yayılır bilmirəm. Amma bu xəbər doğru deyil", - o əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az