Salyan rayonunun Arbatan kəndində yerləşən yaşayış evində bu gün yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 1968-ci il təvəllüdlü İsayeva Hənifə Səməndər qızı yüngül yanıq xəsarətləri alıb.
Zərərçəkən dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb və lazımi tibbi yardım göstərilib.
Yanğın ümumi sahəsi 108 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağını əhatə edib. Nəticədə həmin otağın yanar konstruksiyaları və içindəki məişət tullantıları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.
Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu