Qəzzada atəşkəsin qüvvəyə minməsi ilə bölgədəki dağıntılar üzə çıxır.
İsrailin hücumları nəticəsində Qəzzanın şimalının 80 faizi dağıdılıb.
Dağıntıların təmizlənməsiı səyləri zamanı 120 fələstinlinin cəsədi çıxarılıb.
Dağıntılara baxmayaraq, ev-eşiyindən edilən fələstinlilər öz evlərinə qayıdırlar.
HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye tikinti işlərinə başlandığını açıqlayıb.
Əl-Hayye "Biz dağıdan yox, quran bir xalqıq. İsrailin dağıtdıqlarını dostlarımızın dəstəyi ilə yenidən quracağıq" deyib.
Fələstinlilər xarabalıqlardan yeni həyat qurmaqda qərarlıdırlar. Hətta Nüseyrətin xaraba küçələrindən birində bazar da açılıb.
Digər tərəfdən, atəşkəsdən sonra yardım maşınları Qəzzaya daxil olmağa davam edir.
Birləşmiş Millətlər Təşkilatı yanvarın 21-də Qəzzaya 897 yardım maşınının daxil olduğunu açıqlayıb.
Misir və Qəzza zolağı arasındakı Rəfah sərhəd keçid məntəqəsinin Fələstin tərəfində ediləcək təmir və tənzimləmələrdən sonra bir neçə gün ərzində açılacağı açıqlanıb.
Qəzzada əldə olunan atəşkəsdən sonra İsrail İordan çayının qərb sahilinə hücumlarını artırıb.
Cenində 10 fələstinli qətlə yetirilib. 40 nəfər yaralanıb.
İsrailin yeni hücumları nəticəsində 600-dən çox fələstinli Cenin qaçqınlar düşərgəsindən didərgin düşüb.
İsrail qüvvələri Şərqi Qüdsdəki Şuafat qaçqın düşərgəsində də bir fələstinlini yaralayıb.