AZ

Boluda yanğın zamanı xəsarət alan 29 nəfər evə buraxılıb

Bakı, TurkicWorld

Türkiyənin Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən Grand Kartal otelində baş verən yanğın nəticəsində 76 nəfər həyatını itirib, yaralananların müalicəsi isə davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib.

Belə ki, yaralılardan 29 nəfər xəstəxanadan evə buraxılıb, 22 yaralının müalicəsi isə müxtəlif xəstəxanalarda davam etdirilir.

Ədli Tibb Qurumunun məlumatına əsasən, 76 nəfərdən 56-sının kimliyi müəyyən edilib. Digər şəxslərin kimlikləri müəyyənləşdirmək üçün işlər davam edir.

Yanğın ötən gecə baş verib və təxminən 10 saatlıq müdaxilədən sonra söndürülüb. Yanğından sonra otelin bəzi hissələrində ciddi dağıntılar olduğu bildirilir.

Daxili İşlər Naziri Ali Yerlikaya hadisə ilə bağlı açıqlamasında, 9 nəfər saxlanıldığını və hadisənin səbəbləri ilə bağlı istintaq davam etdiyini bildirib.

Seçilən
17
45
turkic.world

10Mənbələr