Ötən gün Türkiyədə hoteldə baş verən yanğın nəticəsində xəsarət alanlardan biri də Şevval Şahin adlı şəxsdir.
Milli.Az xəbər verir ki, ay yarım əvvəl Kartalkaya xizək mərkəzində yerləşən "Grand Kartal" hotelində ofisiant işinə düzələn Şevval Şahin yanğın zamanı binadan tullanıb.
O, binadan tullanmazdan əvvəl atasına görüntülü zəng edib. Atası ilə birlikdə belə çarəsiz qərarı qəbul edən qız hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Qeyd edək ki, Boluda Kartalkaya bölgəsində baş verən otel yanğını ciddi fəsadlara səbəb olub. Yanğın nəticəsində həyatını itirənlərin sayı 76 nəfərə çatıb, 9 nəfər hadisə ilə bağlı saxlanılıb. Yaralananların sayı isə 51 nəfərdir. Yanğınla bağlı araşdırmalar davam edir, hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Ölkədə matəm elan olunub və bölgədə xüsusi tədbirlər görülməkdədir.
İslam
Milli.Az