Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Federal Ticarət Komissiyası (FTC) “PepsiCo” şirkətini qiymət ayrı-seçkiliyində ittiham edərək dünyanın ikinci ən böyük qida və içki brendinə qarşı iddia qaldırıb.
Banco.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Qurumun rəsmi saytında verilən məlumatda, “PepsiCo”nun müştərilərindən birinə (böyük pərakəndə satış şəbəkəsi) ədalətsiz qiymət üstünlükləri verdiyi, eyni zamanda rəqib pərakəndə satıcılar və müştərilər üçün qiymətləri artırdığı bildirilir.