AZ

Qalmaqallı videodan 24 saat sonra: Bu dəfə də özünü bəyəndi

“Facebook”-un qurucusu Mark Zukerberq növbəti dəfə Ceff Bezosun nişanlısı Lauren Sançezə olan münasibəti ilə diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, Prezident Trampın andiçmə mərasimi zamanı Zukerberqin Laurenin dekoltesinə baxmasını nümayiş etdirən videonun ortaya çıxmasından cəmi 24 saat sonra texnoloji milyarder Bezosun gələcək həyat yoldaşını instaqramda bəyənib. Bu, internet istifadəçilərinin onu ələ salmasına səbəb oldu. 

“X” istifadəçisi Zukerberqin arvadı Priscilla Çanı nəzərdə tutaraq, "Sizlər, sözün əsl mənasında onun arvadına öldürtdürəcəksiniz",- deyə yazıb.

"Növbəti dəfə Zuck bəyənmələri şəxsi edəcək",- deyə başqa biri yazıb.

55 yaşlı Sançes 47-ci president Donald Trampın andiçmə mərasimində açıq-saçıq alt paltarı ilə diqqət çəkib. 40 yaşlı Zukerberq “müqavimət” göstərə bilməyib və bir anda onun sinəsinə baxıb. Bu görüntü bir anda bütün dünyada yayılıb.

Seçilən
24
cebheinfo.az

1Mənbələr