Naftalan Su Meliorasiya Sistemlərinin istismarı idarəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı nümayəndəsi Sürəyya Nəbiyeva, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin TOOM PHŞ-nin mühəndisi Rahib Aslanov, Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Ömər Quliyev, ŞİH-nin nümayəndəsi Suliddin Məmmədov iştirak edib.
Naftalan şəhər əhalisi və kommersiya obyektlərinin sahibləri ilə görüş keçirilmiş, su və kanalizasiya təchizatının mövcud vəziyyəti haqqında fikirlər öyrənilmişdir.
Görüşdən sonra qonaqlar tikintisi başa çatmış üç il istismar olunan obyektlərin, qurğuların mövcud vəziyyətinə baxış keçirmiş və qiymətləndirmə aparmışlar.
Qeyd edək ki, Azərbaycan Dövləti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyə dəstəyi ilə Naftalan şəhərinin su və kanalizasiya təchizatı tamamilə yenilənmişdir.