Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, dünən Lavrov Armen Mirzoyanı qəbul edib:
“Mirzoyan görüş zamanı bildirib ki, Aİ-yə üzv olmaq vətəndaş cəmiyyətinin təşəbbüsüdür və Ermənistan Avrasiya İttifaqına üzv olaraq qalacaq. Mirzoyan KTMT-dən çıxmayacaqlarını bildirərək öz mövqelərinə manevr etdi.
Erməni müxalif qruplar Qarabağdan çıxmaqlarını heç cür qəbul edə bilmirlər. Nə etsələr də, bütün bunlar tarixin tozlu rəflərində qaldı. Azərbaycan öz əzəli torpaqlarını bərpa etdi. Dünən Alen Simonyan jurnalistlərin provokasyalı suallarına cavab verərkən Artsax yox, Qarabağ sözünü işlətdi".
Onun sözlərinə görə, bütün bunlar sülhə xidmət edən məsələlərdir:
"Ancaq müxalifət sülhə əngəl olmağa çalışır ki, xalqın gözündə öz imiclərini qaldıra bilsinlər, gələcəkdə hakimiyyətə yol açsınlar. Erməni xalqı isə artıq reallığı başa düşüb. Paşinyan erməni xalqına bildirdi ki, onlar real Ermənistanı qoruyub saxlamalı, miflərdən əl çəkməlidirlər.
"Böyük Ermənistan" yaratmaq xülyası onları hər zaman fəlakətə sürükləyib. İndiki dövrdə hakimiyyət və xalq reallıqla hesablaşır. Hesab edirəm ki, Ermənistan Azərbaycanın tələb etdiyi sülh müqaviləsini imzalayacaq, torpaq iddiasından əl çəkəcək. Çünki müxalifətin atdığı addımlar heç nə vəd etmir".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
tribunainfo.az“Ermənistanda idarəçilik böhranı yaşanır” ( 15166323)
-
ikisahil.azFərid Şəfiyev: Fransa-Azərbaycan münasibətlərində böhran yaşanır ( 15158653)
-
report.azFərid Şəfiyev: Hazırda Fransa-Azərbaycan münasibətlərində böhran yaşanır ( 15157439)
-
hurriyyet.azErmənistanda Belarusla diplomatik münasibətlərin kəsilməsi məsələsi müzakirə olunur ( 15114047)
-
hurriyyet.azPolitoloq: "Ermənistanda Köçəryan-Sarkisyan qruplaşması sülhə əngəl olur" ( 14969563)
-
demokrat.azPolitoloq: "Ermənistanda Köçəryan-Sarkisyan qruplaşması sülhə əngəl olur" ( 14958979)
-
tribunainfo.azErmənistanda yeni müharibə paranoyası… ( 14912825)
-
olke.azSazişdən sonra Ermənistanda müharibə qaçılmazdır - Melik-Şahnazaryan ( 14810683)
-
visiontv.azİranın 50 faizi türklərdir, lakin ölkədəki idarəçilik vəzifələrinin 50 faizi türklərə verilmir ( 14802367)
-
sherg.azPolitoloq: Qərb Ermənistanda tam yerləşməyə can atır ( 14753137)