Roma, 22 yanvar, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Sercio Mattarella Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar İtaliya Respublikası və şəxsən öz adımdan sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciədə həlak olanların ailələrinin kədərini həmrəylik hissi ilə bölüşür və yaralananların tezliklə sağalmasını arzu edirəm”, - deyə İtaliya Prezidentinin məktubunda qeyd olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma