AZ

Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirlərində QHT-lərin rolu: Eynulla Xeyrullayevdən AÇIQLAMA

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında Azərbaycanda qeyri-hökumət təşkilatlarının insan alveri mövzusunda geniş maarifləndirmə işləri apardığını bildirib. Onun sözlərinə görə, bu fəaliyyətlər əsasən təhsil müəssisələrində – ali təhsil və orta məktəblərdə həyata keçirilir:

"Diqqətinizə çatdırım ki, hal hazırda Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə işləri keçirilir. İnsanların problemlərinin aradan qaldırılması istiqamətində bu maarifləndirmə işləri əsasən təhsil müəssisələrində, ali təhsil müəssisələrində və orta məktəblərdə həyata keçirilir. Burada, deməli, qeyri-hökumət təşkilatları ilə Daxili İşlər Nazirliyi, İnsanlığa qarşı Mübarizə Baş İdarəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı mühüm rol oynayır və bu sahədə çox yaxşı faydalı işlər görülüb. Bu istiqamətdə Quba, Xaçmaz regionlarında da bir çox tədbirlər keçirilib. Bu tədbirlər əsasən valideyn himayəsindən məhrum olmuş təhsil müəssisələrində Siyəzən və Qubada təşkil edilib. Bununla yanaşı, Quba Dövlət Pedaqoji Universitetinin tələbələri üçün keçirilən tədbirlər və Sosial İqtisad Kollecinin tələbələri üçün davamlı olaraq həyata keçirilən maarifləndirmə tədbirləri mövcuddur. Yəni ki, yetərincə bu istiqamətdə işlər həyata keçirilir. Güman edirəm ki, bu işlər öz bəhrəsini verəcək".

Eynulla Xeyrullayev qeyd edib ki, bu maarifləndirmə tədbirləri valideyn himayəsindən məhrum olan uşaqlarla yanaşı, həm də tələbələr üçün təşkil edilir. O, həmçinin insan qurbanlarının hüquqlarının qorunması və onların yenidən inteqrasiya prosesində daha çox resursların yaradılması ehtiyacını vurğulayıb:

"İnsan qurbanlarının hüquqlarının qorunması üçün hal-hazırda bizdə kifayət qədər qanunvericilikdə imkanlar var. Ancaq bununla yanaşı, daha mütərəqqi addımlar atılmasına çox böyük ehtiyac var. Belə ki, əlbəttə, bir çox hallarda insan qurbanları sosial cəhətdən həssas qruplardan daha çox çıxır və bu da onu göstərir ki, biz potensial insani qurbanları ilə daha yaxşı sıx işləməliyik. Yaxud da ki, insan qurbanı olmuş şəxslərin yenidən inteqrasiya və reabilitasiya proseslərində onlara daha yaxşı imkanlar yaratmaq üçün addımlar atılmalıdır. Onlar artıq bir daha insan qurbanı olmaq riski ilə üzləşməməsi üçün İnsan qurbanları üçün daha faydalı, səmərəli və əsaslı resurslar yaradılmalıdır. Güman edirəm ki, hal-hazırda İnsan Mübarizə üzrə Mübarizə QHT Koalisiyası bu istiqamətdə yeni təkliflər hazırlayacaq. Bu təkliflərə əsasən güman edirəm ki, müəyyən qanunvericiliyə dəyişikliklər və yaxud da əlavələr edilə bilər".

Gələcəkdə daha geniş və mütərəqqi informasiya daşıyıcıları və resurslardan istifadə edilərək, insan alveri cinayətlərinin qarşısını almaq və qurbanların hüquqlarını qorumaq məqsədilə yeni layihələrin hazırlanacağı gözlənilir. Eynulla Xeyrullayev, İnsan Alverinə Qarşı Mübarizə QHT Koalisiyasının bu sahədə daha kollektiv və səfərbər olunmuş layihələr həyata keçirəcəyini bildirib:

"Son vaxtlar belə düşünürəm ki, insan qurbanlarının maarifləndirilməsinin effektivliyinin artırılması üçün daha geniş, daha mütərəqqi və insanlara tez təsir edə bilən resurslardan və informasiya daşıyıcılarından istifadə etmək lazımdır. İnsanlar daha çox harada məşğuldursa, hansı resursda daha çox vaxt keçirirsə, resurs üzərindən onlara yaxınlaşmaq və diqqətini cəlb etmək vacibdir. Yəni biz hal-hazırda cəmiyyətimizdə harada daha çox toplaşdığını, daha çox harada vaxt keçirdiyini bilirik və bu yerlərdə bu istiqamətdə daha yaxşı maarifləndirmə tədbirləri təşkil etmək olar. Güman edirəm ki, biz insan alveri cinayətkarlarından və ya insan qurbanlarından bir addım qabaqda gedib, öz maarifləndirməmizlə, tədbirlərimizlə bu cinayətin qurbanı olmaqdan və ya bu cinayət törətməkdən çəkindirməliyik. Güman edirəm ki, bu istiqamətdə gələcəkdə daha yaxşı layihələr həyata keçiriləcək və Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası daha yaxşı təkliflər hazırlayacaq. Daha kollektiv, daha mütəşəkkil və daha səfərbər olunmuş layihələr həyata keçiriləcəkdir".

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
20
13
qht.az

10Mənbələr