ABŞ dövlət katibi Marko Rubio ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesi qapalı formatda, ictimaiyyətə işıqlandırılmadan keçiriləcək.
O qeyd edib ki, diplomatik addımlar mövcud münaqişənin həllinin yeganə mümkün yolu olaraq qalır. Rubio həmçinin xatırladıb ki, ABŞ-ın Kiyevə davamlı dəstəyinə baxmayaraq, vəziyyətin həlli zəruridir.
Bundan əvvəl Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə onun üçün münasib olan istənilən vaxt görüş keçirməyə hazır olduğunu bildirmişdi.
//Samir Qurbanov, Editor.az