AZ

Fransa Əsəd haqqında həbs qərarı çıxartdı

Fransa Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında əli olduğu iddiası ilə həbsinə order verib.

Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, order fransız-assur əsilli 59 yaşlı Salah Əbu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun tələbi əsasında verilib.

Prokurorluqdan bildirilib ki, Salah Əbu Nabu 2017-ci ildə Suriya ordusunun helikopterlərinin Dəra əyalətindəki evinin vurulması nəticəsində ölüb.

Qeyd edək ki, bu, Fransa tərəfindən Əsəd haqqında çıxarılan ikinci həbs orderidir.

Seçilən
22
1
axar.az

2Mənbələr