Böyük Britaniya hökuməti Ermənistan- Azərbaycan münasibətlərində davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı rayonlarına getməməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Ermənistan və Azərbaycan arasındakı bütün şərq sərhədinin 5 km-ə qədər bütün səyahətlərdən çəkinmək tövsiyə olunur. Bu, iki ölkə arasında münaqişə ilə bağlıdır və həmin bölgələrdə konsulluq yardımı çox məhduddur”, - deyə vurğulanıb.
Bundan əlavə Böyük Britaniya hakimiyyəti Ermənistanın Tavuş vilayətinin İcevan və Noyemberyan şəhərləri arasındakı yolu da səyahət üçün təhlükəli hesab edib.
Daşqın HəsənovMissiya.Az