AZ

Vəzifəli şəxslər bu səbəblərə görə 1500 manatədək cərimə ediləcək

Bakı. Trend:

İnzibati Xətalar Məcəlləsində lisenziyalar və icazələr haqqındaqanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlımaddəyə daha bir bənd əlavə olunur.

Trend xəbərverir ki, bununla bağlı məsələ bu gün Milli Məclisinin İqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin keçiriləcək iclasınıngündəliyinə daxil edilərək Azərbaycan Respublikasının İnzibatiXətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, əlavə edilməsi təklif edilən bəndə əsasən, lisenziyasahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət edənorqanlar tərəfindən “Lisenziyalar və icazələr haqqında” AzərbaycanRespublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuşfəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibitərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə vəlisenziyanın şərtlərinə riayət edilmədikdə və həmin Qanunun25.1.2-ci maddəsində müəyyən edilən göstərişlər yerinəyetirilmədikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziyaverən orqana əsaslandırılmış təqdimatın göndərilməməsinə görəvəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cəriməediləcəklər.

Seçilən
13
13
az.trend.az

10Mənbələr