AZ

Nuri Şahin “Bolonya”ya məğlubiyyətə aydınlıq gətirdi

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun “Bolonya” ilə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “Borussiya” birinci hissədə hesabı açmasına rəğmən, ikinci hissədə iki dəqiqə ərəzində iki qol buraxaraq, qələbəni əldən verib – 1:2.

Nuri Şahin matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bolonya çox ağıllı futbol nümayiş etdirdi. Biz isə nələri nəzərdə tutduğumuzu meydanda göstərə bilmədik. Təəssüf ki, xal qazana bilmədik. İndi “Borussiya” heç də ən uğurlu dövrünü yaşamır”, – UEFA-nın mətbuat xidməti türk mütəxəssisdən sitat gətirir.

7 oyundan 12 xalla “Borussiya” Çempionlar Liqası Liqa mərhələsinin yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Bolonya”sı isə 5 xalla 27-ci pillədədir.

Seçilən
20
arena.az

1Mənbələr