AZ

"Onun həm "Qarabağ"ın, həm də mənim üzərimdə çox böyük əməyi olub"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gözəlin vəfatından danışıb.

Fanat.Az xəbər verir ki,  52 yaşlı mütəxəssis Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - FCSB (Rumıniya) oyunundan öncə təşkil edilən mətbuat konfransında klub funksionerinin dünyasını dəyişməsinin ağır itki olduğunu deyib:

"Klubumuz və Azərbaycan futbolu üçün ağır itkidir. Onun həm "Qarabağ"ın, həm də mənim üzərimdə çox böyük əməyi olub. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".

Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, həmçinin “Qarabağ” klubunun fəxri prezidenti idi.

Seçilən
0
fanat.az

1Mənbələr