Kürdəmirdə yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Kürdəmir-Zərdab yolunda, rayonun Ərəbxana kəndi ərazisində qeydə alınıb.
"VAZ 21015" və "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində hər iki sürücü - Kürdəmir rayon sakinləri, 1962- ci il təvəllüdlü Maxsudov Maxsud Əlihüseyn oğlu və 1987- ci il təvəllüdlü Kərimov Rövşən Müslət oğlu müxtəlif xəsarətlər alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.