AZ

Azərbaycana meymunçiçəyi virusuna qarşı qarşı lazımi dərman preparatları gətirilib -SN

Bakı. Trend:

Meymunçiçəyi virusuna qarşı peyvəndlər ümumiyyətlə çiçəkxəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virusgenetik cəhətdən çox oxşardır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevtZakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindənaparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşıhazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektivqorunmanı təmin edir:

“Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəfaldığından, meymun çiçəyi virusuna qarşı immun reaksiyası da yaradabilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusaməruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçünistifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısınıalmaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqdamühüm rol oynayır”.

Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusununlaborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərmanpreparatları gətirilib:

“Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinləristehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxildeyil”.

Məqalədə:
Seçilən
5
5
az.trend.az

10Mənbələr