Məlumata görə, Zelenskaya otelə yerləşərkən əsl adından istifadə etməyib, özünü "Mariya" kimi təqdim edib. O, Badrutt's Palace adlı dəbdəbəli oteldə 120 kvadratmetrlik "Sankt-Morits" nömrəsini seçib. Nömrənin pəncərəsindən Əngadin Alplarına və gölə mənzərə açılır.
Jelena Zelenskayanı hava limanında iki Mercedes-Benz V-Class və bir Rolls-Royce Phantom VI avtomobilindən ibarət VIP kortej qarşılayıb.
Otel əməkdaşları "Mariya Zelenskayanın" onlarda qaldığını təsdiqləsələr də, onun orada neçə gün qaldığını açıqlamayıblar. Mash resursu Zelenskayanın minimum dörd gün - 15-19 yanvar tarixlərində oteldə olduğunu qeyd edib.
Daha əvvəl Ukraynanın keçmiş deputatı İqor Mosiyçuk Zelenskayanın İsveçrədəki istirahəti barədə məlumat yaymışdı. O, Ukrayna liderinin xalqı ilə birlikdə ağır günlər keçirdiyini vurğulasa da, həyat yoldaşının elit kurortda istirahət etdiyini bildirib.