AZ

Türkiyədə yanan otelə 20 gün öncə sertifikat verilibmiş - FOTO

Xəbər verdiyimiz kimi, Boludakı \"Kartalkaya Grand Kartal\" otelində baş verən yanğında 76 nəfər həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bolu Bələdiyyəsinin başçısı Tanju Özcan yaranan faciəvi hadisəylə bağlı məsuliyyət daşımadıqlarını bildirib.
 
Lakin məlum olub ki, bələdiyyənin yanğınsöndürmə idarəsi 19 gün əvvəl alovun baş verdiyi otelə sertifikat verib.

Bələdiyyə Başçısı açıqlamasında Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb.

\"Bu oteli yoxlamaq səlahiyyəti və vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinə aiddir, çünki bu otel Nazirlik tərəfindən lisenziyalaşdırılıb. 2007-ci ildən sonra Bolu Bələdiyyəsi tərəfindən bu binaya yanğınla bağlı tədbirlər görülüb bildirilməyib\" - deyə başçı qeyd edib.
 
Sənədin başqa otelə aid olduğu iddiaları ortaya çıxan başqa bir sənədlə təkzib edilib.
 
Sözügedən sənəddəki ünvanda \"Grand Kartal” otelinin adı və ünvanı yazıldığını görmək olar.
 
Həmin sənədi təqdim edirik:

Mikayıl
 

 

 


Seçilən
28
50
azxeber.com

10Mənbələr