Bakı. Trend:
Beynəlxalq Atom Enerji Agentliyinin baş direktoru Rafael MarianoQrossi İranın nüvə proqramının idarəolunmasındakı əhəmiyyətliçətinliklərdən söz açıb və Birgə Hərtərəfli Fəaliyyət Planının(JCPOA) məhdudluğunu vurğulayıb.
Trend xəbərverir ki, o, Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsindəkeçirilən “Qlobal Təhlükəsizliyin Kubik-Rubiki” mövzulu panelmüzakirələrində bildirib ki, hal-hazırda İran nüvə silahına sahibolmasa belə, 2018-ci ildə JCPOA-nın deqredasiyaya uğramağabaşladığı andan etibarən Tehran öz nüvə proqramını əhəmiyyətlidərəcədə genişlənib.
“2018-ci ilin situasiyasını 2025-ci illə müqayisə etsək, İranınnüvə fəaliyyəti bütün istiqamətlərdə genişlənib. Bu açıq aydın onugöstərir ki, JCPOA indiki halında daha hədəflərə uyğun gəlmir vəbizim sözügedən müqavilənin yeni strukturunu nəzərdən keçirməyimizvacibdir”,- deyə o bildirib.
Qrossi qeyd edib ki, JCPOA-nın təməlində duran və əvvəlqarşılıqlı güzəştlərə əsaslanan tranzaksiya fəlsəfəsi hələ dəaktual qalmaqdadır. Habelə, onun sözlərinə görə, geosiyasilandşaftın dəyişdiyi nəzərə alınsa, yeni müqavilə əhəmiyyətlidüzəlişlər tələb edəcək.
“Biz danışıq iştirakçılarının strukturu və tərkibini təkrarnəzərdən keçirlməliyik. Dinamika dəyişib, əsas oyunçular arasındaümumi anlaşmanın olmaması isə prosesi çətinləşdirir” ,-deyə Qrossibildirib.
Qrossi danışıqların ənənəvi iştirakçıları o cümlədən, 5+1formatının dövlətləri (BMT TŞ-nın beş daimi üzvü üstəgəl Almaniya)arasında ixtilafların artmasına da eyham vurub.
“Keçmişdə, müəyyən fikirayrılıqlarının olmasına rəğmən, təməlsəviyyədə razılaşma var idi . İndi isə bu təməl də daha yoxdur”,-deyə o qeyd edib.
X: @Lyaman_Zeyn