“Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro vəsait ayırıb. Bunun 50 milyard avrosu silahlanmaya göndərilib”.
Missiya.Az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, Aİ ölkələri tərəfindən təlim keçirilmiş ukraynalı hərbçilərin sayı yanvarın sonuna kimi 75 minə çatacaq.
Kallas həmçinin bildirib ki, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə qalib gələcək.
O, qeyd edib ki, Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır.
“Rusiya prezidenti Vladimir Putinin danışdığı yeganə dil gücün dilidir və Aİ-nin də bu gücü var və Aİ-yə üzv ölkələrin birləşmiş iqtisadiyyatı Rusiyanın iqtisadiyyatından 17 dəfə böyükdür”, - deyə siyasətçi vurğulayıb.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir.
Daşqın HəsənovMissiya.Az