Bakı. Trend:
22 yanvar 2025-ci il tarixində Bakı şəhərində AzərbaycanRespublikası və Lüksemburq Böyük Hersoqluğu Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundukeçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, AzərbaycanRespublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müaviniFariz Rzayev, Lüksemburq nümayəndə heyətinə isə bu ölkənin Xariciİşlər Nazirliyinin Siyasi departamentinin rəhbəri Veronik Dokendorfrəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Lüksemburq arasında siyasisahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqunsaxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlərçərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonraiqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, ocümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkıvəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələraparılıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiqmüqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Nazir müavini F.Rzayev ölkəmizin iqlim diplomatiyası səyləri,Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdəndanışıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət,Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması,Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunmasıistiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdəmina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuqişləri barədə ətraflı məlumat verilib.
Tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcədə birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsiaparılıb.