AZ

Azərbaycanda obyektlər yanğına görə hər il texniki baxışdan keçirilirmi? — AÇIQLAMA

Yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda yerləşən oteldə güclü yanğın baş verib. Binanın dağda yerləşməsi yanğınsöndürənlərin işini çətinləşdirib. İlkin məlumatlara görə, orada həyəcan siqnalı işləmədiyindən qonaqların son dəqiqəyə qədər yanğından xəbəri olmayıb, sonra isə artıq oradan çıxa bilməyiblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni Bolu vilayətində dağ-xizək kurortunda həlak olanlara görə matəm günü elan edib.

Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.  

Hadisə ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi haqqında qayda, təlimat və tövsiyələrə ciddi riayət etməlidir:

“Bu dünyanın istənilən ölkəsində belə olmalıdır. Obyektin spesifikasına uyğun olaraq, orada yanğın təhlükəsinə dair rejim qurulmalıdır. Layihələndirmə zamanı yanğın təhlükəsinə dair olan qurğular, yanğın siqnalzasiya vasitələri, dolabları, ehtiyac su çəni olmalıdır. Təbii ki, obyekt bunu ümumi kompleks görülən tədbirlər çəçivəsində həll etməlidir. Hadisə baş verməsin deyə nələr etməli, hadisə baş verəndən sonra necə davranmalı, ümumiyyətlə, təxliyə necə olmalıdır deyə bilməlidirlər”. 

Ekspert diqqətə çatdırıb ki, işçilər mütəmmadi olaraq praktik təlimlərdən keçməlidir:

“Zavod, fabrik, idarə, müəssisə fərq etməz bütün təyinatlı obyektlər işçilərə bu barədə təlimlər keçirməlidir. 

Ümumiyyətlə, yanğınların baş verməməsi üçün görülən tədbirlər planı var. Bunlar hər biri eyni anda qaydasında olmalı, eyni anda işləməlidir. İstirahət mərkəzlərində yanma potensialı olan materiallar çox olur. Bunlar hamısı nəzərə alınmalıdır. 

Obyektlər hər il texniki baxışdan keçməlidir. Yanğınların böyük əksəriyyəti məhz elektrik təsarrüfatının payına düşür. Buna görə də ən əsası kompleks tədbirlər görülməlidir”. 


Leyla Turan
Demokrat.az
Seçilən
5
demokrat.az

1Mənbələr