Hurriyyet.az İRNA agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Hava Qüvvələrinin "F-4 Phantom" təyyarəsi Həmədan vilayətində qəzaya uğrayıb. Pilotların hər ikisi sağ qalıb.
Bu barədə Həmədan valisinin müavini Həmzə Emrai məlumat verib. Emrai deyib: Xoşbəxtlikdən hər iki pilot vaxtında katapult edə biliblər".
Hürr Tərcüman